[:az]Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Patriyasının üzvü Bəxtiyar İmanovun işdən azad olunmasına aydınlıq gətirib.
“Bəxtiyar İmanov siyasi fəaliyyətinə görə yox, əmək intizamını pozduğuna görə işdən azad edilib”, – insitutun kadrlar şöbəsindən bildiriblər.
Məlumata görə, B.İmanov Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozub: “İşə davamiyyətli gəlməyib, əmək funksiyasını, vəzifələrini yerinə yetirməyib və rəhbərliyin əmrilə martın 28-də işdən azad edilib”.
AXCP sədri Əli Kərimli FB səhifəsində hakimiyyətin partiyaya qarşı repressiyasının daha bir nümunəsindən-cəbhə fəalı B. İmanovun qanunsuz olaraq işdən çıxarılmasından yazıb.
Xatırladaq ki, B.Imanov 2002-ci ildən bu institutun əməkdaşı olub.
Əmək Məcəlləsinin 72-ci maddəsinə (əmək intizamının pozulması) istinadən siyasi paritya üzvlərinin işdən azad edilmələri ilk təcrübə deyil. Keçən il AXCP Heftçala rayon təşkilatının sədri və onun xanımı məhz məcəllənin bu maddəsilə dərs dedikləri məktəblərdən uzaqlaşdırılmışdılar.[:]