[:az]Ukrayna məhkəməsi Fikrət Hüseynlinin ölkədən çıxışına icazə verdi[:]

tərəfindən Gozetci

[:az]”Kiyev Vilayət Prokurorluğu və Ukrayna Prokurorluğu mənim sənədlərimi qaytarmır”

Aprelin 2-də Kiyevin Piçerski Rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul edib. Məhkəmə F.Hüseynlinin Ukraynanı tərk etməsinə icazə verib.

Bu barədə “Turan”-a hazırda Kiyevdə olan Fikrət Hüseynli məlumat verib.

Jurnalist deyib ki, hələ Kiyev Vilayət Prokurorluğu və Ukrayna prokurorluğu onun pasportunu qaytarmayıb.

“Məhkəmə qərar verdi ki, ekstradisiya yoxlaması dayandırılsın, sənədlərim qaytarılsın və ölkəni tərk edim. Buna baxmayaraq, Kiyev Vilayət Prokurorluğu və Ukrayna Prokurorluğu mənim sənədlərimi qaytarmır. Bunlar tam qanunsuz olaraq məni Ukrayna ərazisində girov saxlayır. Bu, tam qanunsuzdur”, – jurnalist bildirib.

Jurnalist pasportunun qaytarılması üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyini deyib.

“Niderlandın Ukraynadakı səfirliyi də Ukraynadan pasportumun qaytarılmasını tələb edir. Bu ölkədə bu qədər hüquqi müdafiəsi olan Avropa İttifaqının vətəndaşına qarşı belə qanunsuzluqlar edirlərsə, görün, başqa insanlara qarşı nə edirlər?”, – F.Hüseynli sual edib.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynanın baş prokuroru Yuri Lutsenkoya jurnalist F. Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada F. Hüseynli və M.Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist F. Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət, son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun səndələrin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq- müdafiə təşkilatları

F. Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

F. Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az