[:az]Mitinqə çağırış edən məhbusu ‘kars’a salıb, atasına zəng ediblər ki, oğlun intihar edib[:]

tərəfindən Gozetci

[:az]15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Müsəlman Birliyi” hərəkatının üzvü Sahil Rzayev mart 31-də baş tutacaq müxalif qüvvələrin mitinqinə çağırış etdiyi üçün 15 sutka “kars”a salınıb.

Bu barədə məlumatı Meydan TV-yə məhbusun atası Xalid Rzayev deyib:

“Oğlumu Qobustan həbsxanasına göndərməklə hədələyirlər. Rəislə görüşdə səbəbləri soruşdum, bildirdi ki, oğlunuz mitinqə çağırış etdiyi üçün “kars”a salınıb, bu çağırış dövlət əleyhinə çıxmaqdır. Mən ona paytaxt icra hakimiyyətinin mitinqə icazə verdiyini xatırladıb dedim ki, onda Hacıbala Abutalıbovu da cəzalandırmaq laızmdır. Bəs niyə cəzalandırmırlar? Rəis heç nə demədi”.

Xalid Rzayevin sözlərinə görə, ona naməlum nömrədən zəng edib oğlunun intihar etdiyini söyləyiblər:

“Hazırda çox narahatam, bilmirəm kiminlə əlaqə saxlayım”.

Sahil Rzayev “Nardaran işi” ilə bağlı həbs edilib. Ötən il Cinayət Məcəlləsinin 233 və 315-ci maddələri ilə ittiham olunaraq 6,5 il azadlıqdan məhrum olunub.

Sahil Rzayev eyni zamanda, “Hicab aksiyası” görə 2 il azadlıqdan məhrum edilmişdi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az