[:az]Elgiz Sadıqlı azadlığa buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Bu gün, martın 25-də Avropada mühacir olan Tural Sadıqlının inzibati qaydada həbs edilən qardaşı Elgiz Sadıqlı azadlığa buraxılıb.

Bu barədə onun atası Əlövsət Sadıqlı AzadliqRadiosuna danışıb.

Bununla belə Əlövsət sadıqlı şikayət verəcəklərini söyləyib:

“Oğluma qarşı ittihamlar ədalətsizdir, o polisə heç bir müqavimət göstərməyib. Ona görə şikayət verəcəyik”.

Elgiz Sadıqlı fevralın 23-də saxlanmışdı. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilib.

Fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.

Atası Əlövsət Sadıqlının deməsinə görə, E.Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini söyləyib.

Ancaq işgəncə ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Doğmaları bildiriblər ki, E.Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. T.Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.

E.Sadıqlı 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışıb. O, bundan öncə, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) maddəsi ilə cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ancaq sonradan Apellyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az