[:az]Əhsən Nuruzadənin məhkəmə istintaqı yekunlaşıb[:]

tərəfindən Gozetci

[:az]Vəkilin vəsatətləri təmin edilməyib

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda Ə.Nuruzadənin vəkili Fariz Namazlı vəsatətlərlə çıxış edib. O, Ə.Nuruzadənin üzərindən çıxdığı iddia olunan narkotik haqda rəy vermiş ekspert Nailə Nərimanovanın, dindar fəal saxlanılarkən düşürüldüyü taksinin sürücüsü Elşən Kazımovun, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Rüstəm adlı əməkdaşının məhkəmədə dindirilməsini istəyib. F.Namazlı deyib ki, Ə.Nuruzadə bundan əvvəl iki dəfə inzibati qaydada həbs edilib və ona T.Bağırzadəni dəstəkləməməsi haqqında xəbərdarlıq edilib: “Əhsən Nuruzadəni tutan şəxslərdən biri Rüstəm adlı şəxs olub. Araşdırmalarımız zamanı məlum oldu ki, həmin şəxs idarənin dini ekstremizmlə mübarizə şöbəsinin əməkdaşıdır. Bu şöbənin əməkdaşı niyə narkotiklə bağlı əməliyyatda iştirak edib?”

Məhkəmə vəsatətləri təmin etməyib. Daha sonra məhkəmə istintaqının yekunlaşması haqda qərar elan olunub və prosesdə çıxışlar mərhələsi başlanıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses fevralın 27-də davam edəcək.

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və “Müsəlman Birliyi” Hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az