[:az]Müsavat Partiyasının Məclisi fevralın 10-da növbəti toplantısını keçirib.
Ali Məclis 11 aprel prezident seçkisində iştirak etməmək haqda qərar qəbul edib.
Bu barədə Meydan TV-yə danışan məclis üzvü Nigar Həzi bildirib ki, 81 məclis üzvündən 6 nəfər bitərəf qalıb, 6 nəfər isə qərarın əleyhinə səs verib.
1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsavat Partiyası 1918-ci il mayın 28-də Tiflisdə bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. Yaradılan Milli Şuranın sədrliyinə isə partiyanın sədri M.Ə. Rəsulzadə seçilib.
1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.
1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır.
1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın “Yeni Proqram Əsasları” qəbul edilir.
1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir.
1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilir.
Partiyanın2014-cü ildə keçirilən qurultayında Arif Hacılı 6-cı başqan seçilib.
Müsavat Partiyası 2003-cü il prezident seçkisində İsa Qəmbərin, 2013-cü ildə isə Cəmil Həsənlinin namizədliyi ilə qatılıb.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. Bu barədə prezident İlham Əliyev fevralın 5-də sərəncam imzalayıb.[:]