[:az]Biləsuvar sakini: ‘Özümü yandırdım ki, prezident səsimi eşitsin'[:]

tərəfindən Gozetci

[:az]Biləsuvar rayonunun Günəşli kənd sakini Eldar Allahşükür oğlu İmanov yanvarın 30-da, günorta saatlarında özünü Biləsuvar Rayon Məhkəməsinin qarşısında yandırıb.

1971-ci il təvəllüdlü Eldar İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

4 uşaq atası hazırda Bakı şəhərindəki 5 saylı Mərkəzi Xəstəxananın yanıq xəsarətləri şöbəsindədir. 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

E.İmanov Biləsuvar rayon prokuroru Qabil Əliyevin onunla düşmənçilik etdiyini, bu səbəbdən də özünü yandırdığını deyir. Onun videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

“Qabil Əliyevin mənə qarşı apardığı prinsipə görə belə etdim. Səbəbini bilmirəm ki, niyə belə edir. Məni qəbul etsin deyə 2 dəfə teleqram vurmuşam, yanına getmişəm. Qəbul etməyib. Birinci dəfə deyil məni həbs etmək istəyirlər. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə şikayət verilmişdi. Polis şöbəsində heç bir əsas tapa bilmədikləri üçün işi bağladılar. Üstündən bir ay keçəndən sonra prokurorun göstərişi ilə yenidən həmin işi qaldırdılar və göndərdilər məhkəməyə. Dörd məhkəmə prosesi olmuşdu. Hakim mənə demişdi ki, ayın 30-da gələndə ailə üzvlərinlə sağollaşıb gələrsən, artıq sən həbs olunacaqsan. Həmin gün səhər yenə getdim prokurorun qəbuluna, məni qəbul etmədi. Oradan gəldim məhkəmənin qarşısına, özümü yandırdım ki, səsimi cənab prezident, Baş prokuror Zakir Qaralov eşitsin. İstəyirəm mənə kömək etsinlər. Başqa yolum yoxdur. Yəqin ki, sağalıb gedən kimi məni həbs edəcəklər”.

Baş Prokurorluqdan məsələyə hər hansı reaksiya verilməyib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az