[:az]AXCP üzvü atasının buraxıldığını deyir[:]

tərəfindən Gozetci

[:az]Fransada yaşayan mühacir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd Mirzəlinin atasının yanvarın 13-ü axşam saatlarında sərbəst buraxıldığı bildirilir.

Bu barədə Məhəmməd Mirzəli məlumat verib.

Məhəmməd Mirzəli demişdi ki,atası Fazil Mirzəliyevi yanvarın 13-ü Göyçay Rayon Polis Şöbəsinə çağrıblar, ordan da Bakıya – Daxili İşlər Nazirliyinə (DİN) aparılıb.

Gənc müahacir bunu sosial şəbəklərdə tənqidi video və statuslar paylaşması ilə izah etmişdi.

Məhəmməd Mirzli əlavə edib ki, arasını buraxsalar da, onun əvəzində bacısının həyat yoldaşı Elman Ağayev Göyçay Rayon Polis Şöbəsinə gedib.

AXCP üzvü valideynlərinin ondan imtina etdiyini deyir:

“Bacımın yoldaşına deyiblər ki, hökumətə qarşı statuslarını silsin və üzr istəsin. Əks təqdirdə, Elman Ağayev narkotik ittihamı ilə 5 il azadlıqdan məhrum ediləcək. Atam mənimlə danışmaq istımədi, deyir kİ, sakit dayan, yoxsa Elmanı həbs edəcəklər. Bacımın yoldaşı işğal olunmuş Laçın rayonundan məcburi köçkündür”.

Məhəmməd Mirzəli bildirib ki, o, geri çəkilməyəcək.

Göyçay Rayon Polis İdarəsindən və DİN-in mətbuat xidmətindən bu deyilənlərə hələlik,münasibət almaq mümkün olmayıb.

Məhəmməd Mirzəlinin 22 yaşı var. 4 ildir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib.2013-cü ildə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini idda edir.

Bu iddiaları da hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bundan əvvəl də ölkədən gedən ayrı-ayrı jurnalist və fəalların da qohumlarının polisə aparılması ilə bağlı iddialar səslənib. Hətta hazırda mühacirətdə olan bolqqer Orduxan Teymurxan ona görə, bacılarının polisə aparıldığını bildirirdi.

Hüuq mühafizə oraqanları isə belə açıqlamalara münasibət göstərməkdən imtina ediblər.

Ancaq bütünlükdə hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqıalara məruz qalması haqqında deyilənləri inkar edirlər.İşgəncə ilə bağlı iddialar isə qəti təkzib olunur.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az