[:az]Korrupsiyada adı çəkilən deputatlar nümayəndə heyətindən çıxarılıb[:]

tərəfindən Gozetci

[:az]Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibi dəyişdirilib.

Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Onları Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə əvəz edib.

Asim Mollazadə məlumatı təsdiqləyib.

Bununla belə, dəyişiklik barədə kimin qərar verməsi və hansı prosedur qaydasında aparılmasına aydınlıq gətirilməyib.

Hazırda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Hüquq müdafiəçisi Rəsul Cəfərov dəyişikliyi “Facebook” səhifəsində şərh edərkən bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin avropalı deputatları pulla ələ alma və digər korrupsiya ilə bağlı əməllərdə ittiham edilən iki üzvü – Elxan Süleymanov və Müslim Məmmədov nümayəndə heyətindən çıxarılıb:

“Bu faktiki olaraq bir daha onu sübut edir ki, irəli sürülən ittihamlar kifayət qədər ciddidir və hazırda Avropa Şurası daxilində fəaliyyət göstərən müstəqil araşdırma qrupu korrupsiyada adları çəkilən digər ölkələrdən olan deputatlarla yanaşı bu şəxslərin də əməllərini ciddi şəkildə araşdırırdı. Ötən il baş verən istefaları və xaric edilmələri nəzərə alsaq AŞPA korrupsiyalaşmış üzvlərdən xeyli təmizlənmiş oldu. Amma əlbəttə ki, tam olaraq bu proses bitməyib”.

R.Cəfərov xatırladıb ki, ötən ilin dekabrın sonlarında avropalı hüquq müdafiə və araşdırma təşkilatının yeni araşdırması yayılıb:

“Bu araşdırmaya görə adı korrupsiya əməllərində hallandırılan bir qrup deputat, o cümlədən hamının yaxşı tanıdığı Aqramunt, Destekse, Karin Strenz, o cümlədən Elxan Süleymanov 2015-ci ildə Makedoniya müxalifətinə qarşı (indi həmin müxalifət partiyası hakimiyyətdədir) qeyri-müəyyən bəyannamənin qəbul edilməsində və Avropa Məhkəməsinin hakimi kimi müstəqil namizədin deyil, Makedoniya prokurorluğunun əməkdaşının seçilməsində iştirak ediblər”.

2016-cı ilin dekabrında Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını dərc edib.

Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemləri ifşa edilib.

Hesabatda AŞPA-nın digər üzvlərə rüşvət verməkdə Elxan Süleymanov və Müslim Məmmədov ittiham ediliblər.

Meydan TV

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az