[:az]AXCP funksioneri hədələndiyini deyir[:]

tərəfindən Gozetci

[:az]“Avqustun 29-u axşamdan özünü “milli fədailər qrupu” adlandıran qrupun başçısı Fuad Muradov adlı şəxs tərəfindən hədələrə məruz qalıram”. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Nicat Abdullazadə bildirib.

“Bu hədələrə səbəb isə bu şəxsin avqustun 29-u azadlığa çıxan “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzi barədə təhqiramiz statusu olub. Mən də ona ən ümumi şəkildə cavab vermişəm. Bundan sonra telefonumu tapıblar, zəng edərək hədələyir, evimə basqın edəcəyini bildirir”, deyə N.Abdullazadə insidentin səbəbi barədə bildirib.

N.Abdullazadə hesab edir ki, bu qrupların belə davranışı müəyyən dairələrin sifarişi ilə baş verir və buna da səbəb siyasi mübarizədə fəal olmasıdır.

N.Abdullazadə bu hədələrlə bağlı atacağı addımlar barədə də danışıb: “Bu gün, yəni avqustun 30-da yaşadığım ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinə müraciət edəcəyəm. Bundan əlavə, elə bu gün Daxili İşlər Nazirliyinə də rəsmi müraciət göndərəcəyəm”, deyə AXCP funksioneri bildirib.

Bununla bağlı Bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az