Təsdiqlənib

Prezidentin qaçqınlara verdiyi evi Elman və Abış adlı şəxslər 5000 manata satır

17:17 Jan 2 2018 Baku, Azerbaijan

Təsvir
https://www.youtube.com/watch?v=YFQftBTcB1A&feature=share
Kimisi evinin olmadığandan, digəri isə ona evin pulla verilməsindən gileylənir.
Binəqədi rayonu 9-cu mikrarayon Həmzə Babaşov küçəsində yarımçıq tikilidə yaşayan sakinlər Kanal24-ə müraciət edərək məskunlaşdıqları binada yaşamağın mümkünsüz olduğunu bildirdilər.Hər an binanın uçma təhlükəsi ilə üz-üzə qalan vətəndaşlar prezident İlham Əliyevin onlar üçün tikdirdiyi evləri özlərini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsi nümayəndələri kimi təqdim edən Elman və Abış adlı şəxslər tərəfindən satıldığını iddia edirlər. Köçkünlər deyirlər ki, adı çəkilən şəxslər onlardan ev verilməsi üçün pul tələb edir. Bir sözlə şirinlik yoxdursa evdə yoxdur.
Evsiz qalmaqları azmış kimi anti-sanitar vəziyyət sakinlərin yaşayışını daha da dözülməz edib. Ətrafda yığılan zibil qalaqları,kanalizasiya sisteminin olmamaması uşaqlarla yanaşı bina sakinlərinin əksəriyyətini xəstəliyə düçar edib.
https://www.youtube.com/watch?v=YFQftBTcB1A&feature=share
Əlavə məlumat
Dairəni seçin: Bakı - 9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİ

Etimadnamə: UP DOWN 0
Şərh yazın
Ad:
Elektron poçt:
Şərhlər:
Təhlükəsilik kodu:
18 + 4 =