Təsdiqlənib

Göyçay sakini rastlaşdığı problemdən danışıb

19:56 Aug 23 2017 Goychay, Azerbaijan

Göyçay sakini rastlaşdığı problemdən danışıb
Təsvir
Göyçay şəhərinin H.Əliyev prospektindəki beş mərtəbəli binanın sakini Etibar Kərimov qanunsuz olaraq onun pəncərəsinin qarşının kəsən tikilidən Göyçay Rayon İcra hakimiyyətinə, məhkəməyə şikayət etsə də, faydası olmayıb.

Sonda vətəndaş sosial media vasitəsi ilə ölkə prezidentinə müraciət etmək məcburiyyətində qalıb.

Etibar Kərimov bildirib ki, milyarder Fərhad Əhmədovun mühafizəçisi onu özünü öldürmə həddinə çatdırıb. Kərimob Göyçay rayonu Heydər Əliyev prospektində yerləşən binada, ikinci mərtəbədə bir otaqlı mənzildə yaşayır. Yaşadığı mənzilin pencərəsinin qarşısında milyarder Fərhad Əhmədovun Vüqar adlı mühafizəçisi obyekt tikdirir. Pəncərənin qarşısının bağlanması nəticəsində mənzilə gün işığı düşməyəcək və mənzil rütubətli olacaq. Yaşadığı mənzilin cəmi bir pencərəsi var. Pencərənin qarşısının bağlanması mənzilin havasız qalması ilə nəticələnəcək. O, bu barədə milyarder Fərhad Əhmədovada müraciət edəcək. Eyni zamanda qeyd edilən tikili şəhərsalma və arxitektura normalarına ziddir. Lakin Vüqar "mən milyarder Fərhad Əhmədovun mühafizəçisiyəm, mənə heç kim heçnə edə bilməz" deyir.
Əlavə məlumat
Dairəni seçin: Göyçay - 89 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ

Etimadnamə: UP DOWN 0
Şərh yazın
Ad:
Elektron poçt:
Şərhlər:
Təhlükəsilik kodu:
16 + 9 =

Əlavə şikayətlər

Göyçayın 4 kəndinə qaz verilişini dayandırıblar

15:42 Sep 11, 2015

Göychay, Azerbaijan, 0 Kms

Goyçayda polis mağaza sahibinin şikayətinə baxmayıb

15:29 Sep 28, 2015

Göychay, Azerbaijan, 0 Kms

Göyçayda müəllimlərin maaşları verilmir

00:32 Oct 16, 2015

Göychay, Azerbaijan, 0 Kms

Göyçayda müəllimlərin maaşları verilmir

21:38 Nov 13, 2015

Göychay, Azerbaijan, 0 Kms