Təsdiqlənib

Göyçayda bazar ərazisi uğrunda qarşıdurma əhalini bezdirib

15:42 Aug 23 2017 Goychay, Azerbaijan

Göyçayda bazar ərazisi uğrunda qarşıdurma əhalini bezdirib
Təsvir
Göyçay şəhərində "Avtobaza" kimi tanınan bazar neçə illərdir antisanitar, səliqəsiz şəkildə fəaliyyət göstərir. İnsanlar bura yalnız yaxın olduğu üçün üz tuturlar. Bir neçə dəfə burdakı antisanitar vəziyyətdən şikayət edilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bu vəzifəyə təyin olunduğu gündən bazarın şəhərdən kənara çıxma planını işə salıb.

Qeyd edək ki, əvvəlki icra başçıları da buna cəhd etsələr də, əhalinin etirazı qarşısında geri çəkilmişdilər. Lakin özü ədliyyə generalı olan Mehdi Səlimzadə taktikasını dəyişərək bazara giriş qapılarının birini bağlatmağa nail olub, baxmayaraq ki, bazar satıcıları tərəfindən bir dəfə uçuruldu, polislə, başçının özü ilə qarşıdurma yaşandı. Lakin bazara girən yolun biri mərkəzi küçədə avtomobillərin hərəkətinə mane olması səbəbi ilə bağlandı. Bundan sonra ica başçısı Mehdi Səlimzadə "Göyçay avtonəqliyyat" ( bazar məhz burada yerləşir) ASC sədrinə qarşı digər səhmdarlar tərəfindən ittiham sürülməsinə nail olub. İttihamçılar bazar ərazisinin "Göyçay-Bazar" ASC-yə icarəyə verilməsindən xəbərsiz olduqlarını və heç bir müavinət, gəlir görmədiklərindən şikayət veriblər. Bazarda satıcılarla söhbətdən isə aydın olur ki, heç bir halda bura gələn vətəndaşları düşünən yoxdur, sadəcə qazanc əldə etmək üçün məmurların vuruş meydanında biz kasıblar ayaq altında qalırıq.

Əlavə olaraq qeyd edək ki,bazarda alver gedir,amma səliqəsizlik hökm sürür, buna qarşı rayon rəhbərliyi tədbir kimi bazarın yerini dəyişmək istəyir. Lakin bazarın, eləcədə onun yerləşdiyi Avtobaza sahibləri heç bir şərait, abadlıq eləmirlər. Lakin bununla belə alverçilər, alıcılar bazarın şəhər mərkəzində olduğu üçün bu vəziyyətə qatlaşırlar. Rayon icra hakimiyyətindən isə daha səliqəli bazar təklif edir, lakin şəhərin kənarında. Ancaq bu təklif bazar ərazisini boşaldılıb, bazar, Avtobaza ASC-sahiblərinin əlindən alınmasına yönəldilib. Yəni antisanitariya bəhanədir, məqsəd bazarı boşaltdırmaqdı. Bu münaqişədən isə sadə kəndlilər, alverçilər əziyyət çəkirlər.
Əlavə məlumat
Dairəni seçin: Göyçay - 89 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ

Etimadnamə: UP DOWN 0
Şərh yazın
Ad:
Elektron poçt:
Şərhlər:
Təhlükəsilik kodu:
12 + 4 =

Əlavə şikayətlər

Göyçayın 4 kəndinə qaz verilişini dayandırıblar

15:42 Sep 11, 2015

Göychay, Azerbaijan, 0 Kms

Goyçayda polis mağaza sahibinin şikayətinə baxmayıb

15:29 Sep 28, 2015

Göychay, Azerbaijan, 0 Kms

Göyçayda müəllimlərin maaşları verilmir

00:32 Oct 16, 2015

Göychay, Azerbaijan, 0 Kms

Göyçayda müəllimlərin maaşları verilmir

21:38 Nov 13, 2015

Göychay, Azerbaijan, 0 Kms