Təsdiqlənib

İcra başçısı 100-ə qədər adamın adına pul yazıb mənimsəməkdə ittiham olunur

17:27 Aug 21 2017 Azerbaijan

İcra başçısı 100-ə qədər adamın adına pul yazıb mənimsəməkdə ittiham olunur
Təsvir
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ölkə prezidenti İlham Əliyevi aldadır. Manatın ikincidi dəfə devalvasiya uğramasından sonra ölkə rəhbərliyi vətəndaşların sosial durumunu az da olsa yaxşılaşdırmaq üçün rayonlarda müxtəlif idarə və təşkilatlarda iş yerləri açılması ilə bağlı göstəriş veib. Rayondakı müəsissə və təşkilatlara dövlət büdcəsindən əlavə vəsait ayrılıb.

Beyləqan rayonunda da bir çox idarə və müəsissəyə işçi qəbul etdilər. Lakin bu işçilərin əksəriyyətinin adı var, özü isə yoxdur. Çünki icra başçısı Vaqif Abdullayev hökumətin vətəndaşa etdiyi köməklikdən istifadə edərək pul qazanmağa başladı. Buna misal olaraq Beyləqan Rayon Kommunal Təsrrüfat İstehsalat Birliyinində 50-yə yaxın rayon sakininin adı yazılaraq hər ay onların adına götürülən 5 min manat vəsait icra başçısı Vaqif Abdullayevə çatır. Bu maxinasiya təkcə kommunal idarə ilə bitmir, üst-üstə 4-5 idarədə belə “ölü canlar” mövcuddur və ümumi sayı 100-ə qədərdir. Vaqif Abdullayev hər ay adı olub özü olmayan işçilərin sayəsində 10 000 manat pul əldə edir.
Əlavə məlumat
Dairəni seçin: Beyləqan - 81 SAYLI BEYLƏQAN SEÇKİ DAİRƏSİ

Etimadnamə: UP DOWN 0
Şərh yazın
Ad:
Elektron poçt:
Şərhlər:
Təhlükəsilik kodu:
12 + 2 =