Təsdiqlənib

Laçınlılar icra başçısından şikayət edirlər

23:46 Aug 20 2017 Barda, Azerbaijan

Laçınlılar icra başçısından şikayət edirlər
Təsvir
Laçın rayonundan olan məcburi köçkünlər, hazırda Bərdə rayonunun Qaradəmirçi kəndinin köhnə kolxoz binasında məskunlaşmış 22 ailə Laçın Rayon İcra Hakmiyyətinin başcısı Aqil Nəzərlidən şikayətçidirlər.

Onlar bildirilir ki, bu ailələr 1992-ci il hadisələrindən sonra Bərdə rayon Qaradəmirçi kəndində kolxozun yararsız binasında məskunlaşıblar. Yaşadıqları ərazi Bərdə-Yevlax magistralının 600-700 metrliyində olsa da, həmin qısa məsafəni yağışlı günlərdə qət etmək mümkünsüz hala gəlir. Laçın rayonunun keçmiş icra başçısının dövründə yola 5-10 maşın “qrabil” tökülüb ki, o da artıq dağılıb gedib. Eyni zamanda qaz xətti 500-600 metrdən keçməsinə baxmayaraq, ondan istifadə edə bilmirlər. Qış aylarında məcburən istilik üçün işıqdan istifadə edirlər. Bu isə hər ailə üçün 1500-2000 manata başa gəlir.

Sosial problemlər içərisində boğulan 22 ailə suyu da pulla alır. Problemlərinin həlli üçün dəfələrlə Laçın Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin heç bir köməklik edilməyib. İstər mənzil şəraitləri, istərsə də yol, su, qaz və enerji problemləri onları ikinci dəfə köşkün düşmək məcburiyyətində qoyur. Bu günə qədər Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli nə özü, nə də onun hər hansı işçisi onların problemləri ilə maraqlanmayıblar. Köhnə başçı hətta yas mərasimlərimizə gəlirdi, yardım edirdi. Amma Aqil Nəzərli başçı olduğu dövrdə nə imkansız ailələrə bir qəpik yardım edib, nə yas mərasimlərimizə qatılıb, nə də başqa köməklik etməyib. Aqil Nəzərli kimi məmurlar öz biznes sahələrinin böyüdülməsi üçün deyil, insanların problemlərini həll etmək üçün çalışmalıdırlar.
Əlavə məlumat
Dairəni seçin: Beyləqan - 81 SAYLI BEYLƏQAN SEÇKİ DAİRƏSİ

Etimadnamə: UP DOWN 0
Şərh yazın
Ad:
Elektron poçt:
Şərhlər:
Təhlükəsilik kodu:
16 + 10 =