Haqqımızda

Portalın məqsədi insan hüquqları, parlament və seçkilər zamanı müşahidə etdikləri pozuntular barədə məlumatı ümumiləşdirmək və ictimaiyyətə bu məlumatların xəritəsini təqdim etməkdir. Layihə heç bir siyasi partiya və ya qrupu dəstəkləmir. 

Bu məqsədlə portalda 3 xəritə yaradılıb.

Birinci xəritə davamlı olaraq aktiv olacaq və insan hüququları ilə bağlı (toplaşmaq, birləşmək, ifadə, mülkiyyət və s.) şikayətlər, məlumatlar, fotolar və videolar yerləşdirilməsi nəzərdə tutulub. Hər kəs qarşılaşdığı pozuntuları əks etdirən məlumatları, fotoları və videoları portala SMS və E-mail vasitəsi ilə göndərə bilər.

İkinci xəritə davamlı olaraq aktiv olacaq və parlament ilə bağlı (deputata müraciət, deputatın seçicilərlə görüşləri, deputatların seicilərə hesabat verməsi, Milli Məclisdə seçici maraqlarının müdafiəsi və s.) baş verən pozuntular haqda şikayətlər, məlumatlar, fotolar və videolar yerləşdirilməsi nəzərdə tutulub. Hər kəs qarşılaşdığı pozuntuları əks etdirən məlumatları, fotoları və videoları portala SMS və E-mail vasitəsi ilə göndərə bilər.

Üçüncü xəritə isə yalnız seçki kampaniyası dövründə aktiv olacaq və  seçki öncəsi və seçki günü baş verən pozuntular haqda şikayətlər, məlumatlar, fotolar və videolar yerləşdirilməsi nəzərdə tutulub. Hər kəs qarşılaşdığı seçki pozuntularını əks etdirən məlumatları, fotoları və videoları portala SMS və E-mail vasitəsi ilə göndərə bilər.

Sizin pozuntular barədə göndərdiyiniz məlumatlar portalda Azərbaycan və İngilis dillərində öz əksini tapacaq.

Portalda yalnız məlumatlar göstəriləcək, vətəndaşların adları və nömrələri ictimailəşdirilməyəcək.


Qeyd edək ki, portal Demokratik Jurnalistika Məktəbinin və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2012-ci ildə  həyata keçirdiyi layihələr çərçivəsində hazırlanıb. Hazırda portal könüllü əsaslarla fəaliyyət göstərir