Vəkil: Həbsxana rəisi məhbusları ölümlə hədələyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-13 20:42:42

Arif Kazımov baş verənlərdən bezərək, intihara cəhd edib"


Vəkil Elçin Sadıqov yanvarın 13-də Penitensiar Xidmətin həbsxanasında saxlanılan Səfa Poladov və Arif Kazımovla görüşüb. Bu barədə Elçin Sadıqov özü məlumat verib. Bildirib ki, 14 dekabr 2017-ci il tarixdən indiyədək həbsxana rəisi onlara qarşı qanunsuz və alçaldıcı hərəkətlərə yol verib. Heç bir əsas olmadan, dəfələrlə televizora baxmaq adı ilə onları karsa salıb, yerlərini dəyişdib başqa yerə köçürüb:


"Hazırda dəmirin üstündə yatırlar. Həbsxana rəisi onları ölümlə hədələyib. Alçaldıcı rəftara məruz qoyub. Arif Kazımov baş verənlərdən bezərək, intihara cəhd edib. Mənə Azərbaycan Respiblikasının prezidenti İlham Əliyevin adına yazılmış ərizə verdilər və yazılı xahiş etdilər ki, bu məlumatı təcili olaraq ictimailəşdirim. İstəyirlər ki, ölkə başçısının və Ombudsmanın baş verənlərdən məlumatı olsun. Ombudsman dərhal onları qəbul edib, həyatlarına olan təhlükənin qarşısını alsın".


İş günü olmadığından Meydan TV Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib.


Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.


Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.