Masallıda banka borcu olan şəxs özünü yandırıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-10 13:17:46

Arxiv

Yanvarın 9-da Masallı rayonunun Şərəfə kənd sakini Raqif Zeynalovun özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Masallı Rayon Prokurorluğundan bildiriblər.


R.Zeynalov yanvarın 9-da Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə Bakıya çatdırlıb və Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Yerli mənbələrin dediklərinə görə, R.Zeynalov banka borclu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmənin qərarı ilə onun aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz olaraq özünü yandırıb.


Öz növbəsində, Respublika Yanıq Mərkəzindən Turan-a bildiriblər ki, Raqif Zeynalov reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu çox ağırdır.


Turan