Cəbhəçi gənclərin polisə çağırıldığı deyilir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-05 12:21:40

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Natiq Kazımov və Binəqədi şöbəsinin üzvü Rəşid Fərəclinin yanvarın 4-də polisə çağrıldığı bildirilir.


Bu barədə AXCP-dən məlumat yayıblar.


AXCP-dən verilən məlumata hörə, N.Kazımov Binəqədi Rayon Polis İdarəsinə, R.Fərəcli isə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.


Partiyadan bildirildiyinə görə, N.Kazımov yaşadığı Qobu ərazisində olan qaz probleminə görə sakinlərə qaz idarəsinə şikayətə getməyi təklif edib. Onun bu üzdən polisə dəvət edildiyi bildirilir.


AXCP Binəqədi şöbəsinin üzvi R.Fərəclinin yaxın dostları isə onun sosial şəbəkələrdəki fəallığı üzündən Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldığını deyirlər.


Gənclərin yanvarın 4-də polisdə dindirildikləri bildirilir.


Partiyadan onu da deyiblər ki, hər iki gənc bu gün, yanvarın 5-də yenə də polis idarəsinə dəvət ediliblər.


Hələlik bu deyilənlərə Daxili İşlər Nazirliyindən və sözügedən polis idarələrindən münasibət almaq mümkün olmayıb.


Azadlıq Radiosu