Mövsüm Səmədovun kassasiya şikayəti təmin edilməyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-06 14:47:44

Dekabrın 6-da Ali Məhkəmə qeydiyyatı olmayan İslam Partiyasının lideri Mövsüm Səmədovun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı kassasiya şikayətini təmin etməyib. Prosesə hakim Əli Seyfəliyev sədrlik edib. Bu barədə vəkil Cavad Cavadov bildirib.


M.Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.


M.Səmədov 2 il Qobustan qapalı həbsxanasında saxlanıldıqdan sonra 2016-cı il noyabrın 26-da 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Koloniyaya qaytarıldıqdan sonra keçən 7 ay ərzində o, ümumilikdə 4 ay cərimə kamerası (karser), təcridxana və kamera tipli yerdə saxlanılıb.


2017-ci ilin may ayında Qaradağ Rayon Məhkəməsi M.Səmədovun 12 saylı koloniyadan yenidən 3 il müdddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.


Ədliyyə Nazirliyində qeydiyyatı olmayan İslam Partiyasının lideri məhkəmənin saxlanılma şəraitinin dəyişdirilməsi barədə qərarını qərəzli və siyasi motivli adlandırıb.


İyulun 17-də Bakı Apellyasiya Məhkəməsi M.Səmədovun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.


Turan