Nardaran işi: Hökm oxundu


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-06 13:13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-3" üzrə prosesdə 12 müttəhimin barəsində hökm oxunub.


Həmin şəxslər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar. Hadisələrlə bağlı "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrup həbs olunub.


Həbs olunanlar T.Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlara qarşı CM-in 10 maddəsi ilə ittiham irəli sürülüb: terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək v. s.


Müttəhimlər özlərini günahkar saymayaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübariz İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar.


Bu gün məhkəmə ilahiyyatçı Zülfüqar Mikayılovu 17 il azadlıqdan məhrum edib. Ruzi İsmayılov və Cabir Əliyev hər biri 16 il, Ramil Seyfullayev, Mübariz İbrahimov 15 il, Elxan Həsənov 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov 12 il 3 ay azadlıqdan məhrum ediliblər.


Turan