Vergilər Nazirliyi Turan-a qarşı sanksiyaların ləğvi haqqında sənədi məhkəməyə təqdim etməyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-05 22:04:27

Çərşənbə axşamı 1 saylı Bakı İnzibati İqtisad Məhkməsində Turan agentliyinin Vergilər Nazirliyinin Lokal Vergilər Departamentinə qarşı iddiası üzrə iclası yenə təxirə salınıb. Səbəb Vergilər Nazirliyinin nümayəndəsinin agentliyə qarşı 38 min manat ölçüsündə vergi sanksiyasının ləğv edilməsi haqqında qərarı yenə məhkəməyə təqdim etməməsidir. Hakim Şərafət Məmmədov iclası dekabrın 19-na qədər təxirə salıb.


Agentliyin iddiasında avqustda Turan-a sanksiyalarla birlikdə 38 min manat məbləğində vergi hesablanması haqqında qəbul edilmiş qərarın qanuniliyinə etiraz olunur. Bu qərar Turan-a qarşı cinayət işi açılmasına və agentliyin direktoru Mehman Əliyevin həbsinə səbəb olub.


O, sentyabrın 11-də həbsdən azad edilib.


Oktyabrın sonlarında cinayət işinə xitam verilib və vergi sanksiyaları ləğv olunub.


Amma indiyədək Vergilər Nazirliyi agentliyə nə cinayət işinə xitam verilməsi haqqında, nə də sanksiyaların ləğvi haqqında qərarı agentliyə təqdim etməyib.


Turan