Müsavatçının müdafiə komitəsi yaradılıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-04 17:31:31

Bu gün, dekabrın 4-də Müsavat Partiyası Şirvan şəhər təşkilatının həbsdə olan sədri Əlikram Xurşidovun müdafiə komitəsinin yaradıldığı bəyan edilib.


Bu barədə qərar partiya divanının toplantısından sonra açıqlanıb.


Müsavat Partiyası Divanı onun şərlənərək həbs olunduğunu bəyan edib. Toplantıda Ə.Xurşidovun hüquqlarını müdafiə komitəsinin yaradılmasına qərar verilib. Yaxın günlərdə komitənin ilk iclasının keçiriləcəyi açıqlanıb.


Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu noyabrın 22-si axşam saatlarında Şirvanda polislər saxlamışdı. Noyabrın 24-də ona rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham edirlər.


Noyabrın 24-ü Şirvan Şəhər Məhkəməsi müsavatçı barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib.


Apellyasiya məhkəməsi həmin qərardan verilmiş şikayəti rədd edib.


Müsavat Partiyasının təmsilçiləri isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır.


Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.


Azadlıq Radiosu