Məmməd İbrahim azadlıq istəyir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-04 01:32:05

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, hazırda həbsdə olan Məmməd İbrahim məhkəməyə müraciət edib.


Bu barədə onun oğlu Turan İbrahim məlumat yayıb.


Oğlunun bildirməsinə görə, Məmməd İbrahim cəzasının 1/2 hissəsini çəkməsi ilə əlaqədar şərti azadlığa buraxılmasını istəyir. Məhkəmənin vaxtı yaxın günlərdə bilinəcək.


Bu il fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın tətbiqi barədəsərəncam verib.


Bundan sonra Cinayət Məcəlləsinə (CM)oxşar məzmunlu dəyişiklik edilməsi ilə də,bağlıqanun layihəsi Milli Məclisə təqdim edilib. Layihə qəbul olunub.


Bəzi hüquqşünasların fikrincə, buMəmməd İbrahimin və AXCP sədrinin müavini Seymur Həzi kimi şəxslərin vaxtından avvəl azadlığa çıxarılmasına imkanlar yaradır.


AXCP Rəyasət Heyətinin üzvü,Məmməd İbrahim 2015-ci ilin sentyabrın 30-da həbs edilib.2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun verdiyi hökmə əsasən 3 il azadlıqdan məhrum edilib.


Məmməd İbrahimAXCP-dən xaric edilən Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Mikayıl Quliyevi vurmaqda günahlandırılan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, hadisə zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.


Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.


Hazırda AXCP-nin 10-dan çox fəalı uzun müddətli həbsdədir. AXCPonları siyasi məhbus sayır. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə alınıblar.


Hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, isə ölkədə 150 civarında siyasi məhbus var.


Azadlıq Radiosu