İlham Əliyev AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-15 02:48:24

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florina Prede (Rumıniya) və Stefan Şennakı (Avstriya) qəbul edib, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Söhbətin məzmunu haqqında ətraflı məlumat verilmir.

Məruzəçilər AŞPA-nın payız sessiyasına "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə layihəsi təqdim ediblər. Layihədə insan hüquqları ilə bağlı problemlər göstərilir və onların həlli üzrə tövsiyələr yer alır. Xüsusən, siyasi məhbusların azad edilməsi, məhkəmə-hüquq sistemində islahatlar, hakimiyyət qollarının tarazlaşdırılması tövsiyə edilir.