Avropa parlamenti Azərbaycanda pulların yuyulmasının araşdırılmasına çağırıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-14 15:31:41

Avropa parlamentinin deputatları Azərbaycanda pulların yuyulması və korrupsiyanın ifşa edilməsinin araşdırılmasına çağırıb.

Müvafiq sənədin lehinə 578 deputat səs verib, 19 nəfər əleyhinə olub, 68 deputat bitərəf qalıb. Bu barədə Avropa parlamentinin saytında məlumat verilir.

Deputatlar "Azərbaycan camaşırxanası" adlı jurnalist araşdırmasında qeyd edilən ifşaedici faktları, eləcə də Azərbaycanın və digər avtokrat rejimlərin üçüncü ölkələrdə qərarların qəbuluna məsul olan avropalılara qanunsuz vasitələrlə təsir göstərmək cəhdlərini pisləyiblər.

"Avropa parlamenti belə korrupsiyanın qarşısının alınması üçün qəti tədbirlər görməlidir, çünki bu, onun nüfuzuna və işinin legitimliyinə xələl gətirir", -məlumatda deyilir.

Xatırladaq ki, Danimarkanın Berlingske qəzeti bank sənədlərini əldə etdikdən sonra korrupsiyaya qarşı mübarizə təşkilatı OCCRP Azərbaycanda pulların yuyulması ilə bağlı qalmaqalın üstünü açıb.