Senator Riçard Durbin Mehman Əliyevin üzərindən ittihamların götürüləcəyinə ümid edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-14 15:19:27

Amerikalı senator Riçard Durbin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb.

"Azərbaycanda sonuncu müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin azad edilməsini (həbsdən) alqışlayıram", - R.Durbin Twitter sosial şəbəkəsində öz akkauntunda yazıb.

https://twitter.com/SenatorDurbin/status/907280341982990337

Sonra o əlavə edib: "Ümid edirəm ki, bu addım onun üzərindən bütün ittihamların götürülməsi və həbs qətimkan tədbirinin dayandırılması ilə müşayiət olunacaq".

Sentyabrın 7-də R.Durbin M.Əliyevin həbsində əli olanlara qarşı sanksiyaların tətbiqi iə bağlı qanunverici təşəbbüslə çıxış edib.

Onun təşəbbüsü ABŞ-ın 2018-i il üçün xarici ayırmalar proqramı üzrə qanun layihəsinə düzəliş kimi ABŞ Senatının Təxsisatlar Komitəsində qeydə alınıb. Turan