Avropa Şurası Mehman Əliyevin azad edilməsini alqışlayıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-14 15:13:58

Avropa Şurası (AŞ) Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin heç yana çıxmamaq barədə iltizam ilə həbsdən azad edilməsini alqışlayıb.

Eyni zamanda AŞ baş katibinin rəsmi nümayəndəsi Daniel Holtgenin bəyanatında bildirilir ki, M.Əliyevin üzərindən cinayət ittihamları hələ götürülməyib.

AŞ baş katibi Turbörn Yaqland M.Əliyevin həbsilə bağlı 25 avqust tarixli bəyanatında Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öz öhdəliklərinə əməl etməyə çağırıb. T.Yaqland qeyd edib ki, kütləvi informasiya vasitələri və jurnalistlər öz fəaliyyətini sərbəst, qorxutma və əsassız müdaxiləyə məruz qalmadan yerinə yetirməlidir, AŞ mətbuat xidmətinin məlumatında deyilir. Turan