Mehman Əliyev məhkəmədən azadlığa buraxıldı


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-11 14:52:45

Turan İnformasiya Agentliyinin direktoru Mehman  Əliyev Yasamal rayon məhkəməsindən azadlığa buraxılıb. 

Abzas.net xəbər verir ki, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Azadlığa buraxılmasını şərh edən Mehman Əliyev bildirib ki, o Azərbaycan prezidenti İlham Əliyevə Turan İnformasiya Agentliyinin fəaliyyəti, Azərbaycan mediasının inkişafına verdiyi töhvlər barədə məktubla müraciət edib.

“Mən məktubla demək olar ki, eyni mətnlə Yasamal Rayon Məhkəməsinə də müraciət etdim və azadlığa çıxdım” – deyə Əliyev bildirib.

“Turan”ın onunsuz da məhdud miqdarda olan vəsaitlərinə əl qoyulub, bundan sonra fəaliyyətimiz çox çətin olacaq

Direktor bildirib ki, Turan İnformasiya Agentliyinin fəaliyyətinin yenidən bərpası çox çətindir, çünki bunun üçün heç bir vəsaitləri yoxdur. Agentliyin bank hesablarındakı pullar köçrülüb.

Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.

Aidiyyəti orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına uyğun olaraq nəzərdən keçiriblər.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

ABŞ Senatoru Riçard Durbin-in Sentyabrın 7-si, Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəlişi Senata təqdim edib.

Senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edib.

Bundan sonra Mehman Əliyevin 8 sentyabra nəzərdə tutulan məhkəməsi təxirə salınaraq 11 sentyabra saxlanılmışdı.

 Abzas.net