Monitorinq Komitəsi Azərbaycanla bağlı hesabatı müzakirə edib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-09 18:59:49

Monitorinqləri prosedurları çərçivəsində Azərbaycan hakimiyyətilə davam edən dialoqu bəyənən Avropa Şurası Parlament Assambleyanın (AŞPA) Monitorinq Komitəsi bir sıra sahələr üzrə, o cümlədən ləngimələr və bərabərsizlik, məhkəmə sisteminin funksiyası, ifadə azadlığı və assossiyalarla bağlı iradlarını bildirir. Bu haqda komitənin sentyabrın 7-də Parisdə başa çatan iclasından sonra yayılan açıqlamada deyilir.

Komitə xüsusilə təəssüf edir ki, bir il öncə baş vermiş konstitusiya dəyişiklikləri icra hakimiyyətinin parlamentə daha az hesabatlı olmasına səbəb olub, icra hakimiyyətinə münasibətdə məhkəmə orqanları müstəqilliyinin qeyri-adekvatlılığı qorunub.

Eyni zamanda parlamentarilər həbsxana sistemi funksiyasının daha da yaxışılaşdırılması və cinayət siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı bəyənərək hakimiyyəti bu islahatı reallaşdırmağa çağırıb.

Stefan Şennakın (Avstriya) və sezar Florinİn (Rumıniya) məruzəsi əsasında qətnamə layihəsinin qəbul olunduğunu bildirən komitə Azərbaycan hökumətinin 2012-2014-cü illərdə irimiqyaslı "pul yumaq" sxemilə bağlı olması xəbərlərinin və xüsusilə, bunun Azərbaycanda insan haqları ilə bağlı AŞPA əməkdşalarının işinə təsir etməsinin narahatlıq doğurduğunu ifadə edib.

Komitə Azərbaycan hakimiyyətini bu hallarla bağlı təcili olaraq müstəqil və tərəfsiz təhqiqat aparmağa, bu məsələ üzrə kompitetnt beynəxlaq qurumlarla tam şəkildə əməkdşalığa çağırır.

Komitə habelə, QHT liderlərinin, hüquq müdafiəçilərinin, siyasi fəalların, jurnalistlərin bloger və vəkillərin təqib olunmalarından və saxlanılmalarından da narahatlıq ifadə edib: "2016-2017-ci illərdə bəzi "siyasi məhbusların və "vicdan məhbusları”nın həbsdən azad olunmasını dəstəkləyirik., amma saxlanmaları əsaslı çübhə doğuran məhbusları azad etməyə çağırırıq. Komitə həmçinin parlamentdənkənar müxalifətin fəaliyyətinə və sərbəst toplaşma azadlığına məhdudlaşdırıcı mühit yaradılmasından da narahatlıq ifadə edib.

Komitə Azərbaycan hakimiyyətini İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilməsini təmin etməyə, icra hakimiyyəti üzərində parlament nəzarətini gücləndirməyə, məhkəmə orqanlarının icra hakimiyyəti orqanlarından asılı olmamasını tam təmin edə bimək üçün prokurorluq və məhkəmə sistemində islahatlar aparmağa, jurnalistlərə hər hansı təzyiq olmadan fəaliyyət göstərmək imkanı yaratmağa, QHT-lərin, hətta tənqidi mövqe bildirən QHT-lərə əlverişli fəaliyyət göstərmək imkanı yaratmağa çağırır.

Layihənin bu il oktyarbın 17-də AŞPA-nın sessiyasına çıxaırlması nəzərdə tutulur. AŞPA həmməruzəçilərinin sentyabrın 13-17-də Azərbaycana səfəri gözlənilir.


Amerikanın Səsi