Vergilər Nazirliyinin Mehman Əliyevin işi üzrə məlumat yayıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-25 21:17:47

Vergilər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar məlumat yayıb. Məlumatda deyilir ki, vergi yoxlamalarının nəticələrinə əsasən Turan agentliyinə qarşı CM-in 213.1-ci maddəsi (vergi ödəməkdən yayınma) ilə cinayət işi başlayıb. Bildirilir ki, guya M.Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında" qanunun tələblərini pozub.

Əsasən 2010-2014-cü illərdə qrant müqavilələri üzrə 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək dövlətin mənafelərinə mühüm zərər vurub.

Bundan əlavə, 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilmişdir.

M.Əliyevə qarşı CM-in 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman Əliyev ittihamları qəti şəkildə rədd edərək onları siyasi motivli adlandırıb.

Turan