Mehman Əliyevin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-25 18:17:48

Bu gün Yasamal Rayon Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İrəli sürülən ittihama görə (CM-in 192.2 maddəsi - qanunsuz sahibkarlıq) onu 7 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir. 06D--

* * *

2017 Avqust 25 (Cümə) 16:50:46

Mehman Əliyevə qarşı ittihamlar sərtləşdirilib

Bakı/25.08.17/Turan: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Turan agentliyinin direktoru Mehman Əliyevə qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

M.Əliyevi həbs qətimkan tədbirinin seçilməsi üçün departamentdən Yasamal Rayon Məhkəməsinə aparırlar. Bu barədə saat 14:20-də vəkil Fuad Ağayev bildirib.