Mətbuat Şurası Mehman Əliyevlə bağlı İlham Əliyevə müraciət edib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-25 16:56:39

Azərbaycan Mətbuat Şurası "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

 

Mətbuat Şurasının məlumatına görə, müraciətdə deyilir:

 

"Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də "Turan" İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda "Turan"ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi".

 

Bəyanatda xatırladılır ki, M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir.

 

Mətbuat Şurasl öz müraciətində ölkə prezidentindən "Turan" İnformasiya Agentliyinin rəhbərinə münasibətdə hümanizm və insanpərvərlik göstərilməsini və ədalətin yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynamasının təmin edilməsini xahiş edib.

 

Turan