Ali Məhkəmə Mehman Hüseynovun şikayətinə baxacaq


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-22 19:59:13

Həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə sentyabrın 29-da baxılacaq. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

 

İşə Əli Səfalıyevin sədrliyi ilə məhkəmə heyəti baxacaq.

 

Şikayət verildikdən üç ay sonra icraata götürülüb.

 

Müdafiə tərəfi blogerə bəraət verilməsi məsələsini qaldıracaq.

 

M.Hüseynov böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan öncə bu il yanvarın 9-da oğurlanaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger 200 manat cərimə edilərək sərbəst buraxılıb. Polisdə saxlandığı müddətdə işgəncələrə məruz qalıb. Onun bu barədə bəyanatı həbsinə səbəb olub.


Turan