Hakim vəkildən orderin tarixini dəyişməyi tələb edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-18 17:32:32

Bu gün Elçin Sadıqov jurnalist Elçin İsmayillinın  cinayət işi ilə baglı, Şəki Şəhər Ağır Cinayətlər idarəsində olub.

 

Onun soylədiyinə görə, hakim qanunsuz olaraq, onun vəkillik orderinin tarixinin dəyişdirilməsini istəyib.

 

Bu gün vəkilə jurnalistlə görüşməyə də icazə verilməyib. Vəkil bildirir ki, bu qanunsuzluqla bağlı Məhkəmə Hüquq Şurasına müraciət edəcək.

 

Elçin Sadıqov bildirir ki, hazırlıq iclasının təxirə salınması üçün teleqram göndərməyinə baxmayaraq, məhkəmə təxirə salınmadı. Onun fikrincə, hakim öz qanunsuzluğunu onun orderini ləğv etməklə yumaq istəyir. Elçin Sadıqov hesab edir ki, order nömrəylə, tarixi dəyişməz olan bir sənəddi, heç bir halda onu saxtalaşdırmaq mümkün deyil, hətta hakimin tələbiylə belə.

 

Vəkil bütün bu qanunsuzluqlarla bağlı, həm də Prokurorluğa müraciət edəcəyini söyləyib.

 

Ayın 24-də jurnalistin saxta cinayət işi ilə bağlı, məhkəmə baxışı olacaq.

 

«Mən həmin  məhkəmədə orderimi təqdim edib, tələb edəcəm ki, jurnalistin hüquqlarının təmin olunması  və bizim müdafiəmizə hazırlaşmaq üçün vaxta və imkanlara malik olmaq hüququmuzu təmin etsin » - deyə vəkil əlavə edib. (azadliq.info)