Vəkil: “Jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var”


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-10 19:48:09

"Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir", -Ə.Muxtarlının vəkili Nemət Kərimli Turan-a bildirib.


Vəkilin sözlərinə görə, avqustun ilk günlərində onu həkim müayinəsindən keçiriblər. Həkimlər Əfqana bildiriblər ki, onun ürəyində problemlər var. Bu səbəbdən nəbzi normadan xeyli yüksəkdir. Əfqan Muxtarlıya müalicə üçün resept yazıblar.


Vəkilin sözlərinə görə, həkimin resepti artıq Ə.Muxtarlının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Ancaq 10 günə yaxın vaxt keçməsinə baxmayaraq,


Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir. Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.


Şəkərli diabetdən əziyyət çəkən Ə.Muxtarlının mədəsində ağrılar var, həbsdən sonra 21 kiloqram arıqlayıb.


Penitensiar Xidmət jurnalistin sağlıq durumu ilə bağlı açıqlamaları şərh etməyib.

Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana göndərilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıq, sərhədçiyə qarşı zorakılıqda itiham olunub. Jurnalist ittihamları qəbul etmir. Amnesty International Əfqan Muxtarlını vicdan məhbusu kimi tanıyıb.

Turan