Gənc fəal Cəmil Hacıyevi məhkəməyə çağırıblar (Yenilənib)


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-07 20:20:40

Bu gün Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Haciyev saat 16:00-a yaxın Binəqədi Rayon Polis İdarəsinin 4 saylı bölməsindən buraxılıb. Bu barədə Turan-a hüquq müdafiəçisi Fuad Həsənov bildirib.


Saxlanmaya səbəb C.Hacıyevin etiraz aksiyalarında iştirakı ilə bağlı məhkəmə işi olub. Belə ki, bu gün Binəqədi Rayon Məhkəməsində C.Hacıyev prosesin yubanmasına etirazını bildirib. Bu, məhkəmə nümayəndəsinin xoşuna gəlməyib. Binadan çıxarkən C.Hacıyevi polis saxlayıb və 4 saylı polis bölməsinə aparıb.


Onu məhkəmə binasında xuliqanlıqda ittiham ediblər və yenidən məhkəməyə aparıblar, ancaq yolda təkrar polisə qaytarıblar.


Ondan iltizam alıblar və bildiriblər iki gün ərzində məhkəmə olmalıdır və istənilən vaxt məhkəməyə gəlməlidir.


C.Hacıyev bundan öncə də etiraz aksiyalarında iştiraka görə inzibati həbsə məruz qalıb. Bu yaxınlarda Avropa məhkəməsi onun şikayətini təmin edib və 2012-2013-cü illərdə müxalifətin mitinqlərində iştiraka görə həbs olunduğu üçün ona 13 20 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.-05B-


* * *


2017 Avqust 07 (Bazar ertəsi) 17:09:05


Siyasi fəal saxlanılıb


Bakı/07.08.17/Turan: Demokratik Qüvvələrin Milli Şurasının fəalı Cəmil Hacıyevi polis saxlayıb. Bunu hüquq müdafiəçisi Fuad Həsənov bildirib.


Saxlanmanın səbəbləri məlum deyil. C.Hacıyev Binəqədi Rayon Polis İdarəsinin 4 saylı polis bölməsinə aparılıb.


Xatırladaq ki, C.Hacıyev Mədən Sənayesində Şəffaflıq Koalisiyasi Monitorinq Qrupunun üzvüdür.


Turan