AŞPA-da Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə olunacaq


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-04 17:39:29

Parlament Assambleyasının (AŞPA) komitələrində Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti müzakirə olunacaq.

Avropa Şurası Parlament Assambleyanın saytında yerləşdirilmiş xəbərdə deyilir ku, sentyabrın 5-də Parisdə AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclası keçiriləcək.

Toplantıda Belçikadan olan parlamentari Alen Destercenin (Alain Desterxhe) təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək.

Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq.

Toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq.

Azadliq.info