Tbilisidə Fərman Ceyranlının həbsinə etiraz aksiyası keçirilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-25 16:41:48

İyulun 24-də Tbilisidə parlament binasının qarşısında "Lanset" klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsi ilə bağlı etiraz aksiyasi keçirilib.

 

Turan-ın verdiyi xəbərə görə, aksiyada Gürcüstanda yaşayan azərbaycanlılar və yerli media orqanları iştirak ediblər. Etirazçılar "Fərman Ceyranlıya azadlıq!"`, "Ədalətli məhkəmə!", "Siyasi həbslərə yox"! sözləri yazılmış plakatlar qaldırıblar.

 

F. Ceyranlının qardaşı Mübariz Hüseynov çıxış edərək bu həbsin qanunsuz olduğunu, absurd maddələrlə ittiham edildiyini və məhkəmənin ədalətli hökmünə qədər aksiyaların davamlı olacağınıi bildirib.

 

Sonra Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlı bildirib ki, F. Ceyranlının həbsi Əliyev rejiminin Gürcüstan Respublikasından "Gürcüstanda Azərbaycan hakimiyyətinə qarşı müxalifət istəmirəm..." tələblərindən sonra həyata keçirilən ilk həbsdir.

 

Xatırladaq ki, Fərman Ceyranlı sonuncu məhkəmədə çıxış edərkən müxalifətçi olmadığını, xəstəxanada müayinə olunanların siyasi baxışlarına görə fərq qoyulmadığını və Azərbaycan hakimiyyətinin xahişi ilə həbs olunduğunu bildirib.