Gürcüstanda Əfqan Muxtarlı işinə görə istefa


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-20 20:08:40

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün, iyulun 20-də DTX-nın Terrorla Mübarizə Departamentinin rəhbəri Otar Kuprashvili-nin vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

Bu haqda qurumun press-relizində bildirilir.

 

Qurum xidmətin ən önəmli strukturunun rəhbərinin istefasının səbəbinin müəmmalı şəkildə Gürcüstandan Azərbaycana gətirilərək həbs edilmiş Əfqan Muxtarlının işinin aradşrıması ilə bağlı olduğunu bildirir.

 

İstefanın səbəblərinin detallarına toxunulmur.

 

"Əfqan Muxtarlının işi ilə bağlı davam edən istintaq və əks-kəşfiyyat fəaliyyətləri ilə bağlı hər hansı suallara yer buraxılmaması çox önəmlidir", press-relizdə vurğulanır.

 

Qeyd edək ki, bu gün Gürcüstanın daxili işlər naziri George Mgebrishvili Gürcüstanda Dövlət Sərhər Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərlərinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən müvəqqəti kənarlaşdırıldığını açıqlayıb.


Turan