Fikrət Fərəməzoğlu barəsində hökmdən apellyasiya şikayəti verilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-06 17:16:48

“Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) barəsində hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, apellyasiya şikayətində onun barəsində bəraət hökmü çıxarılması xahiş edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.


Azadliq.info