Sosial yardımın verilməsi hansı halda dayandırıla bilər?


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-19 14:04:03

Ailənin aylıq gəlirində artıma doğru hər hansı dəyişikliklər olduqda, ailə tərkibi dəyişdikdə və ya sosial vəziyyətin yaxşılaşmasına səbəb olacaq hallar baş verdikdə sosial yardımın verilməsi dayandırıla bilər. Belə hallar baş verdikdə Ailə bu barədə elektron formada VEMTAS-a (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi), kağız üzərində isə Mərkəzə 5 iş günü müddətində xəbər verməlidir.


Sosial yardımın dayandırılmasına səbəb ola biləcək hallara nələr daxildir?


ü  Ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 mislindən çox lotereya uduşu qazanması;

ü  İşsiz ailə üzvü işlə təmin olunduqda;

ü  Ailəyə hədiyyə bağışlandıqda ailəyə sosial yardım verilməsi qaydasına yenidən baxıla bilər.


Ailəyə mülkiyyətlərində olan yeganə əmlakdan başqa  ev, mənzil və ya nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.


ü  Təmsilçi, yəni ailəni təmsil edən və sosial yardımın alınması üçün müraciət edən şəxs dünyasını dəyişdikdə;

ü  Ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə;

ü  Sosial yardım ailə tərəfindən ardıcıl 3 ay müddətinə alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və sosial yardım almaq hüququna yenidən baxılır. Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.


Bu hallardan biri baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı aydan dayandırılır.


Sosial  yardım almaq proseduru zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinəvə ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və ailə bir il ərzində sosial yardım almaq hüququnu itirir.