XİN: Avropa Parlamentinin qətnaməsinin hüquqi qüvvəsi yoxdur


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-16 15:20:16

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qətnaməni qərəzli adlandırıb və hüquqi qüvvəsinin olmadığını bildirib.

"2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur", - AzərTAC H.Hacıyevdən sitat gətirib.

O, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olmasını Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olması kimi dəyərləndirib.

Sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

Avropa Parlamentinin qətnaməsində Azərbaycanda insan hüquqlarının pozulması kəskin tənqid edilir, Əfqan Muxtarlı və digər fəalların azadlığa buraxılmasına çağırılır.

Turan