Şahvələd Çobanoğlu Gözəl Bayramlının işi üzrə dindirilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-15 18:41:56

Məşhur publisist Şahvələd Çobanoğlunun Baş Prokurorluqda dindirilməsi 3 saat davam edib.

Dindirmədən sonra həmkarları ilə söhbətində Çobanoğlu deyib ki, onu AXCP sədr müavini Gözəl Bayramlının işi üzrə şahid qismində dindiriblər.

"Mən dindirmənin Əfqan Muxtarlının işi ilə bağlı olacağını güman edirdim, amma məlum oldu ki, Gözəl Bayramlının işi üzrə idi.

Məndən ifadəni açıqlamamaq barədə iltizam alıblar, amma bu işin özündə və mənim cavablarımda heç bir sirr yoxdur.

Yəni bu məsələ ilə bağlı düşündüyüm hər şeyi dedim, Gözəl Bayramlının hər hansı pozuntu törətdiyinə inanmıram. Bu, uydurma işdir.

Mənim fəaliyyətim, xaricə səfərlərim, xarici və yerli təşkilatlarla əlaqələrim, Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyətim haqqında bir çox suallar verilib.

Heç bir qanunsuz fəaliyyətim olmadığına görə bütün bu suallara cavablarım da qısa və konkret olub", deyə publisist bildirib.

Çobanoğlundan sonra jurnalist Sevinc Vaqifqızı prokurorun suallarını cavablandırır. (Turan)