Əfqan Muxtarlının vəkili Gürcüstanda onun işi üzrə araşdırma aparıb (Foto və video)


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-13 19:34:21

Əfqan Muxtarlının hüquqlarını Azərbaycanda müdafiə edən vəkil Elçin Sadıqov Gürcüstanda müdafiə etdiyi şəxsin işi ilə bağlı araşdırma aparıb. Gozetci.az portalının məlumatına görə, bu barədə o, facebook səhifəsində yazıb


“10 iyun 2017-ci il tarixdən 11 iyun 2017-ci il tarixədək Gürcüstan Respublikasında oldum və Əfqan Muxtarlının işi üzrə araşdırmamı davam etdirdim. Onun oğurlandığı yerdən, aparıldığı küçələrlə hərəkət etdim şəhərin, küçələrin və yolların təhlükəsizlik, rentgen, üz tanıyan və müşahidə kameralarının yerlərini müəyyən etdik və onların şəkillərini çəkdik. Baxışımızı Lagodekhi Sərhəd Keçid Məntəqəsinə qədər davam etdirdik. Bizləri jurnalistlər də müşahidə edirdi. Gürcüstan tərəfin sərhədçiləri ilə söhbət etdik və onlar bildirdi ki, həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, ərazi tamamilə müşahidə altındadır və bu fiziki baxımdan da mümkün deyil”, deyə vəkil qeyd edib.

 

Elçin Sadıqov bildirib ki, 11 iyun 2017-ci il tarixdə təsadüfən Gürcüstan Respublikasının kriminal polisləri ilə rastlaşıb: “ Yolda avtomobil arxadan kriminal polisin avtomobilini vurdu. Avtomobildən düşənlərin belində tapança olması diqqətimi çəkdi və ətrafdakılardan onların kim olduğunu soruşdum. Bildirdilər ki, kriminal polisdir, avtomobildə kriminal polis qurumunun avtomobilidir, dövlət nömrəsidir. Şəkillərini çəkməyə icazə olub-olmadığını soruşdum. Ətrafdakılar bildirdilər ki, Gürcüstan demokratik ölkədir çəkə bilərsiniz. Mən də şəkillərini çəkdim. Bu gün şəkilləri Əfqan Muxtarlıya təqdim etdim və bildirdi ki, həqiqətən onlar kriminal polislərdir, onu oğurlayan avtomobilin də çox güman ki, modeli belə idi, avtomobil kriminal polisin avtomobilidir”.


Araşdırma ilə bağlı videonu da izləyə bilərsiniz.