İnterpol Bakının tələbilə Leyla və Arif Yunusları verməyəcək


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-13 16:47:32

Niderland Xarixi İşlər Nazirliyi və Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin vəkillərinin İnterpolun baş katibi, professor Yurgen Stokun adına məktubundan sonra 26 beynəlxalq hüquq-müdafiə təşkilatının "Azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı sui-istifadələrin qarşısının İnterpol tərəfindən alınması" adlı birgə müraciəti daxil olub.


Bu müraciətin ingilis dilində linki barədə tarixçi Arif Yunus bildirib:


http://iphronline.org/joint-ngo-appeal-prevent-misuse-inter...,


Artıq İnterpoldan cavab gəlib. Cavabda deyilir ki, Arif və Leyla Yunusların həbsi və Azərbaycana məcburi deportasiyası barədə Azərbaycan hakimiyyətinin sorğusu təmin edilməyəcək.


"Bununla da İnterpolun köməyilə bizim məcburi göndərilməyimiz məsələsi qapandı. Ancaq biz bununla mübarizəni bitirmək niyyətində deyilik. Azərbaycan hakimiyyəti özü də bilmədən mühüm məsələ qaldırdı: dikrator və avtoritar rejimlərin özgəfikirlilərə qarşı mübarizəsində İnterpoldan istifadəyə yol verilməməsi üçün bu beynəlxalq qurumda islahatların vacibliyi. Çünki bütün postsovet ölkələrində və digər regionlarda bu rejimlər özgəfikirliləri öz ölkələrinə deportasiya etmək üçün İnterpoldan istifadə edirlər. Və indi biz bu məsələni qaldırdıq ki, diktatorların çirkin niyyətlərində İnterpoldan istifadəyə yol verilməsin", - A.Yunus Facebook səhifəsində yazıb.


Mayda Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslar Leyla və Arif Yunusların məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb. Onlar məcburən ölkəni tərk edərək hazırda Niderlandda yaşayırlar.


Xatırladaq ki, Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunublar və 2015-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq mühakimə ediliblər. Onlar bir il yarım həbsdə qalıblar. Hüquq müdafiəçilərini şərti olaraq azadlığa buraxsalar da, onların üzərindən ittihamlar götürülməyib. Sonradan onlara xaricə müalicəyə getməyə icazə verilib. (Turan)