Siyavuş Novruzov partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanunların sərtləşdirilməsini istəyir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-13 14:33:15

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır”.
 
APA-nın məlumatına görə, bu təkliflə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında çıxış edib.

 

S. Novruzov xatırladıb ki, baş prokuror bu yaxınlarda bəzi siyasi partiyaların maliyyə mənbələri barədə ictimaiyyətə və aidiyyəti strukturlara məlumat vermədiklərini bildirib: “Ona görə də, bu məsələyə bir də baxılmalıdır -  baxmayaraq ki, biz bununla bağlı qanun qəbul etmişik və qanun əsasında onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə əlaqədar qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Amma yenə də baxılmalıdır. Siyasi partiyalardan birinin sədr müavininin 41 dəfə bir ölkəyə səfər edib, oradan pul çıxarıb gətirməsi təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan? Biz eyni zamanda, terrorun maliyyələşməsi ilə bağlı qanun layihəsinə dəyişiklik etmişik. Amma biz bir müddət sonra bu qanun layihələrinə yenidən qayıtmalıyıq. Əgər kimsə nizamnamə tələblərinə qarşı çıxırsa, onun haqqında kifayət qədər ciddi qərarlar  qəbul edilməlidir. Çünki vətəndaşlarımızın taleyi hər şeydən yüksəkdə durmalıdır. Qanunlarda bu məsələlər sərtləşdirilməlidir. Bizdə bəzi partiyalar hesabatlarını təqdim etmir və ya təqdim edərkən sıfır rəqəm qeyd edirlər. Halbuki onların kifayət qədər işçiləri, mühafizəçi ordusu və sair var. Düşünürəm ki, onlar yoxlanmalıdır. Əgər hər kəs şəffafdırsa bu qanunlardan qorxmamalı və öz maliyyə mənbəyini açıqlamalıdırlar”.