“Nardaran işi-1” üzrə şikayətlərə baxılması təxirə salınıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-08 19:20:17

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran işi-1" üzrə müttəhimlərin şikayətlərinə baxılması baş tutmayıb.

İclasın əvvəlində vəkillər məhkəmənin diqqətinə çatdırıblar ki, onlar və müttəhimlər Bakı Ağır Cinayətlər Məhkəməsində iclasların protokolları ilə tanış ola bilməyiblər.

Vəkil Yalçın İmanov Turan-a bildirib ki, protokollar vəkillərə mayın əvvəlində verilib və iş dərhal Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim protokollarla tanış olmaq üçün işin birinci instansiya məhkəməyə göndərilməsi barədə vəsatəti təmin edib.

"Müsəlman Birliyi" Hərəkatının rəhbəri T.Bağırov və digər 17 nəfər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. T.Bağırzadə Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələrilə ittiham olunur. O, ittihamları qəbul etmir. Heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.

Nardaran hadisələri zamanı 2-i polis olmaqla, 6 nəfər həlak olub. Həmin hadisələrə görə, ümumilikdə 70-dən çox şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlər 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası alıb.