Gürcüstanın baş naziri Əfqan Muxtarlının işində Gürcüstan tərəfin iştirakını istisna edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-06 13:55:02

Gürcüstanın dövlət qurumlarının Əfqan Muxtarlının başına gələn hadisədə iştirakı tamamilə istisna edilir, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanlı jurnalistin işini şərh edərkən bildirib.

Onun sözlərinə görə, ölkə üçün böyük çətinliklə əldə olunmuş demokratik standartları, inkişafı qoruyub saxlamaq çox vacibdir.

"Məlum olduğu kimi, DİN bu kədər doğuran məsələni araşdırır. Ölkəmiz üçün böyük çətinliklərlə əldə etdiyimiz demokratik standartları, inkişafı qoruyub saxlamaq çox vacibdir.

Haqqında söhbət gedən şəxs həbs olunub. Görək, istintaq necə gedəcək. Bir şeyi deyə bilərəm ki, bu hadisədə Gürcüstan dövlət qurumlarının iştirakı tamamilə istisnadır", deyə baş nazir bildirib.

Eyni zamanda, Kvirikaşvili Tbilisinin mərkəzində kimin və necə insan oğurlaya və onu sərhəddən sənədsiz Azərbaycana keçirə biləcəyini izah etməyib.


Turan