Gürcüstan vətəndaş cəmiyyəti Muxtarlının işi üzrə parlament komissiyası yaratmağı tələb edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-02 17:53:18

Cümə günü Tbilisidə Rustaveli prospektində Gürcüstanın vətəndaş fəalları Azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı etiraz aksiyasını davam etdiriblər.

Aksiya iştirakçıları dövlət orqanlarının Muxtarlının oğurlanması faktını araşdırmasına nəzarət üzrə parlament komissiyasının yaradılmasını tələb edirlər. İştirakçılar jurnalisti kimin oğurladığını müəyyən etməyi və təqsirkarları cəzalandırmağı tələb edirlər.

Bir müddət əvvəl Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin binaları qarşısında da bənzər etiraz aksiyaları keçirilib. 

 


Turan